Hondadan Azərbaycanın məşhur döyüşçülərinə təşəkkür

"Neftçi"nin legioneri Keysuke Honda Azərbaycanın qarışıq döyüş növləri üzrə idmançıları Tofiq Musayev və Vüqar Kərəmova Azərbaycan Premyer Liqasında "Zirə" ilə dünənki oyuna (4:0) qatıldıqları üçün təşəkkür edib.

Qol.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi özünün "İnstaqram" hesabında idmançılarla şəklini paylaşıb və bu sözləyi yazıb: “Oyunumuza super qonaqlar gəldi. Çox sağ olun".

Qeyd edək ki, Musayev və Kərəmov döyüşdükləri Yaponiyada kifayət qədər məşhurdurlar.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Con Kerri Cənubi Koreyaya səfər edib

SONRAKI XƏBƏR

Müğənni Zenfira həyat yoldaşı və oğlu ilə - FOTO