"Real"la Benzema razılığa gəldi

"Real"la Benzema razılığa gəldi

"Real" Kərim Benzemanın müqaviləsini yeniləməyə hazırlaşır.

Sport7.az xəbər verir ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu ilə razılıq əldə edib. Benzema ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılacaq. 2009-cu ildən "Real"da çıxış edən fransalı futbolçunun hazırkı sözləşməsi 2022-ci ilin yayına qədərdir.

Benzema bu mövsüm "kral klubu” ilə 26 oyunda 19 qol vurub, 6 məhsuldar ötürmə edib.

 

 

Mənbə: sport7.az