"Real"ın bugünkü oyununu buraxacaq

"Real"ın bugünkü oyununu buraxacaq

"Real"ın futbolçusu Federiko Valverde La Liqada bu gün keçiriləcək "Xetafe" ilə oyunu buraxacaq.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi dünəndən etibarən koronavirusa yoluxmuş şəxslə birbaşa təmasda olduğu üçün təcrid olunub. Eyni zamanda Valverdenin koronavirus testi mənfi çıxıb.

Qeyd edək ki, "Xetafe" - "Real" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mənbə: qol.az