Bakıdakı "Formula-1"-dən xəbər var: Tamaşaçısız keçiriləcək

Bakıdakı "Formula-1"-dən xəbər var: Tamaşaçısız keçiriləcək

Bu il Bakıda keçiriləcək növbəti “Formula 1” yarışı iyun ayının 4-6-da olacaq. Yarışlarla əlaqədar artıq Bakının mərkəzi küçələrində hazırlıq, tikinti-quraşdırma işləri başlanılıb. Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Modern.az-a verilən məlumata görə, bu il “Formula 1” yarışları tamaşaçısız keçiriləcək. Buna görə, quraşdırma işləri zamanı əvvəlki illərdən fərqli olaraq, izləyicilərin əyləşməli olduğu tribunalar quraşdırılmayıb. Əməliyyat Şirkətindən bildirilib ki, tikinti işləri 2021-ci ilin may ayının sonuna qədər davam edəcək. Yarışlarda iştirak edəcək pilotlar arasında Daniel Rikardo, Maks Ferstappen, Lyuis Həmilton, Fernando Alonso və digərlərinin adları qeyd olunur.

Mənbə: modern.az