"Gücləndik və döyüşə başladıq" - Messi

"Gücləndik və döyüşə başladıq" - Messi

"Barselona"nın kapitanı Lionel Messi komandasının İspaniya kubokunun finalındakı qələbəsini şərh edib.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, finalda "Atletik"ə 4:0 hesabı ilə qalib gəldikləri matçda dubla imza atan argentinalı hücumçu deyib:

“Kuboku qaldırmaq xoşdur. Bu gün xoşbəxt bir gündür. Klubun kapitanı olmaq mənim üçün vacibdir. Bu, xüsusi bir kubokdur, çünki onu qaldıra bilərəm. Təəssüf ki, uğurumuzu azareşlərlə birlikdə qeydə edə bilmirik. Titullar həmişə xüsusi hadisədir, insanlar bunu sevirlər. İlin birinci yarısında başlamaq bizim üçün çətin idi, lazımsız vəziyyətdə xal itirdik. Sonra gücləndik və döyüşə başladıq. Ötən gün, təəssüf ki, "El Klassiko"da yaxşı nəticə əldə edə bilmədik".

Qeyd edək ki, "Barselona" tarixində 31-ci İspaniya kubokunu qazanıb. Bu, turnir üçün rekord göstəricidir.

Mənbə: qol.az