Keyn məşhur bombardiri ötdü, 7-ci oldu

Keyn məşhur bombardiri ötdü, 7-ci oldu

"Tottenhem" İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"la heç-heçə edib – 2:2.

Sport7.az xəbər verir ki, London təmsilçisinin heyətində 2 dəfə fərqlənən Harri Keyn, Premyer Liqa tarixində vurduğu qolların sayını 164-ə çatdırıb. O, bu göstəricidə "Liverpul"un sabiq hücumçusu Robbi Fauleri keçərək, turnirin bombardirləri siyahısında 7-ci sıraya yüksəlib.

Premyer Liqa tarixinin bombardiri keçmiş hücumçu Alan Şirerdir – 260 qol.

Keyn bu mövsüm Premeyr Liqada 21 qolla bombardirdir.

Mənbə: sport7.az