Avropa çempionatı: Türkiyə millisi 2 qızıl medalla 2-ci oldu

Avropa çempionatı: Türkiyə millisi 2 qızıl medalla 2-ci oldu

Portuqaliyanın paytaxtı Lissabondakı cüdo üzrə Avropa çempionatına yekun vurulub.

"Report"un məlumatına görə, Türkiyə yığması yarışı 2 qızıl medalla 2-ci yerdə başa vurub. Kişilərin yarışında 81 kq çəki dərəcəsində Vedat Albayrakın ardından qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə Kayra Sayit də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Türkiyə millisi yalnız 2 qızıl, 1 bürünc medala malik Kosovodan geri qalıb. 3-cü yeri 1 qızıl, 3 gümüş, 4 bürünc medalla Fransa tutub.

Azərbaycan isə 2 bürünc medalla 15-ci olub. Həmin medalları Kəramət Hüseynov (60 kq) və Zelim Kotsoyev (100 kq) qazanıb.

Qeyd edək ki, Avropa çempionatında 45 ölkədən 210 kişi və 149 qadın olmaqla, 359 cüdoçu mübarizə aparıb. Azərbaycanı 9 cüdoçu (8 kişi, 1 qadın) təmsil edib.

Mənbə: report.az