Xorvatiyalı ulduzdan klubuna jest

Xorvatiyalı ulduzdan klubuna jest

"Milan”ın hücumçusu Mario Mandzukiç örnək addımla diqqət çəkib.

Sport7.az xəbər verir ki, xorvatiyalı forvard bir aylıq maaşından imtina edib.

Qış fasiləsində "rossonyerlər”lə 6 aylıq müqavilə imzalayan və mövsümün sonunda ayrılması qərara alınan 34 yaşlı oyunçu martda almalı olduğu 300 min avronu kluba qaytarıb. Milanlılar isə həmin məbləğin bir vəqfə bağışlanacağını və gənclərin təhsilinə xərclənəcəyini açıqlayıb.

Ardıcıl zədələr səbəbindən Mandzukiç "Milan”ın heyətində cəmi 4 oyunda iştirak edib.

Mənbə: sport7.az