Niderland Kubokunun qalibi məlum oldu

Niderland Kubokunun qalibi məlum oldu

Rotterdamdakı "De Kuyp" stadionunda "Ayaks" və "Vitess" komandaları arasında Niderland Kubokunun final oyunu keçirilib.

"Report"un məlumatına görə, qarşılaşma Amsterdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 23-cü dəqiqədə "Ayaks"ın yarımmüdafiəçisi Rayan Qravenberx açıb. Bundan 8 dəqiqə sonra "Vitess"in hücumçusu Lua Openda bərabərlik qolunu vurub. 85-ci dəqiqədə onun komanda yoldaşı Yakob Rasmussen qırmızı vərəqə alıb.

"Ayaks" say üstünlüyündən 90+1-ci dəqiqədə yararlanıb. David Neres fərqlənərək, komandasına 20-ci dəfə Niderland Kubokunu qazandırıb.

Mənbə: report.az