Messidən bir oyunda üç REKORD

"Barselona"nın İspaniya Kral Kuboku finalında "Atletik Bilbao"nu 4-0 məğlub edərək kuboku 31-ci dəfə öz muzeyinə apardığı matç həm də Lionel Messinin yeni rekordları ilə yadda qaldı.

Modern.az xəbər verir ki, matçda iki qol vuran argentinalı hücumçu 119 illik kubok tarixində 7 fərqli finalda qol vuran ilk oyunçu oldu.

"Barselona"nın kapitanı 10 final matçında 9 qol vuraraq Telmo Zarradan da üstün oldu və İspaniya Kral Kubokunun final tarixində ən çox qol vuran futbolçu rekordunu ələ keçirdi.

Lionel Messi həmçinin, ardıcıl 13-cü mövsümündə 30 qol həddini keçərək təkrarlanması çox çətin olan bir uğur qazandı.

 

Modern.az

ƏVVƏLKİ XƏBƏR

"Formula 1"də qəza: Hemilton bu dəfə ikinci oldu

SONRAKI XƏBƏR

Hərbi Qənimətlər Parkına insan axını: Girişdə uzun növbə yarandı - VİDEO