Almaniya Futbol Liqası: “Bu, Avropa futboluna zərbə vuracaq məsuliyyətsiz qərardır”

Almaniya Futbol Liqası (DFL) Avropanın aparıcı klublarının yaratdığı Superliqaya münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, qurum bunun dünya futbolunu böyük zərbə vurduğu qənaətindədir.

“Almaniya Futbol Liqası hər hansı Superliqa konsepsiyasının əleyhinədir. İngiltərə, İspaniya və İtaliya klublarının iqtisadi maraqları ön plana çıxmamalı və Avropa futbolunun bütün sistemini dağıtmamalıdır. Bu, Avropa futboluna sonradan düzəldilməyəcək zərbə vuracaq məsuliyyətsiz qərardır. Buna görə də biz tamamilə UEFA-nın təşəbbüslərini dəstəkləyirik və belə turnirin yaradılmasını qınayırıq”.

Qeyd edək ki, Avropanın 12 klubu Superliqanın yaradılmasını açıqlayıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Sürücünün başına şok hadisə gəldi - Başqasının cəriməsi ona yazıldı - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycan postsovet məkanında mobil interneti ucuz olan ölkələr sırasına daxil olub