FİFA “Avropadan qopanların liqası”na dəstək verməyəcəyi ilə bağlı bəyanat yayıb

FİFA “Avropadan qopanların liqası”na dəstək verməyəcəyi ilə bağlı bəyanat yayıb

FİFA Avropa Superliqasının yaradılması ilə bağlı bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, ali futbol qurumu nəhəng klubların bu təşəbbüsünü qınayıb.

Bəyanatda həmin turnirin tanınmayacağı vurğulanıb: “FİFA “Avropadan qopanların liqası”na dəstək verməyəcək. Bu turnir beynəlxalq səviyyəli yarışlardan kənardadır və prinsiplərimizə hörmətsizlikdir. Məsələ bütün tərəflərin iştirakı ilə ciddi şəkildə müzakirə olunmalıdır”.

Qeyd edək ki, Superliqada hələlik “Liverpul”, “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”un iştirakı təsdiqlənib.

Mənbə: apa.az