"Yuventus"dan Super Liqa ilə bağlı açıqlama

"Yuventus"dan Super Liqa ilə bağlı açıqlama

Avropa Superliqasını təsis edən 12 nəhəng klubdan biri olan “Yuventus” bu barədə açıqlama yayıb.

Qol.az xəbər verir ki, açıqlamada Turin klubunun layihənin həyata keçiləcəyinə və ya nə vaxt başlayacağına zəmanət vermədiyi bildirilib:

“Klublar Superliqada uzunmüddətli bir layihə olaraq iştirak etməyə razı oldular. Qurucu klublar Superliqanın startına qədər milli çempionatlarında mübarizəyə davam edəcəklər. “Yuventus”un Avropa yarışlarında da iştirak etmək hüququnun olacağına inanırıq. Qurucu klublar futbol ekosistemindəki digər tərəflərin maraqlarını nəzərə alaraq, FİFA və UEFA ilə razılaşıb, Avropa Superliqası layihəsini həyata keçirmək istəyirlər. Eyni zamanda, layihənin yaxşı irəliləməsini təmin etmək üçün Superliqa hüquqlarını müdafiə məqsədi ilə üçün məhkəməyə müraciət edilə bilər.
Superliqa hər bir klubun bərabər payı olan xüsusi bir şirkət tərəfindən təşkil ediləcək və idarə ediləcək. Beləliklə, razılaşma hər bir klubun, şirkətin nizamnamə kapitalındakı payına 2 milyon avro ilkin sərmayə qoymağı öhdəliyini nəzərdə tutur. Bu da lazım olduqda 8 milyon avroya çatdırıla bilər.

Superliqanın startından sonra və media hüquqlarının satışından sonra təsisçi klubların ümumilikdə təxminən 3,5 milyard avro gəlir əldə edəcəyi gözlənilir. “Yuventus” Superliqanın uzun müddətə kluba və bütün futbol ictimaiyyətinə fayda gətirəcəyinə əmindir.
Qurucu klublar layihənin ən qısa müddətdə həyata keçirilməsini təmin etmək üçün əllərindən gələni edəcəklər. Lakin hazırda klub nə layihənin həyata keçiriləcəyinə zəmanət verə bilər, nə də turnirin başlama vaxtını dəqiq proqnozlaşdıra.
Beləliklə, Superliqa “Yuventus”un maliyyə və iqtisadiyyatına təsirinin ətraflı bir şəkildə təhlil edilməsi üçün hələ bütün lazım olan elementlərə sahib deyil”.
Xatırladaq ki, "Yuventus"un prezidenti Andrea Anyelli Avropa Super Liqasının vitse-prezidenti seçilib.

Mənbə: qol.az