“Tottenhem” Joze Mourinyonu istefaya göndərib

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo istefaya göndərilib.

Apasport.az xəbər verir ki, bu barədə Britaniyanın “Telegraph” nəşri məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin vəzifəsindən kənarlaşdırılması London təmsilçisinin cari mövsüm uğursuz çıxış etməsi ilə əlaqələndirilib. Son olaraq XXXII turda “Everton”la bərabərə qalan (2:2) paytaxt təmsilçisi hazırda 50 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.

Qeyd edək ki, Joze Mourinyo 2019-cu ilin noyabrında “Tottenhem”ə baş məşqçi təyin olunmuşdu. Onun müqavilə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulurdu.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Senor Hasratyan: "Bu gün general adı Ermənistanda artıq yüksək deyil, sadəcə adi bir rütbədir"

SONRAKI XƏBƏR

Prezident Ramiz Həsənova yeni vəzifə verdi