Alman nəhəngləri Superliqadan imtina etdilər

Alman nəhəngləri Superliqadan imtina etdilər

Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund) klublarının yeni yaradılan Avropa SuperIiqası ilə bağlı mövqeyi bəlli olub.

Qol.az xəbər verir ki, Dortmund təmsilçisinin İdarə Heyətinin üzvü Hans-Yoahim Vatske bildirib ki, “Bavariya” ilə birlikdə UEFA Çempionlar Liqası sisteminə sona qədər sadiq qalacaqlar.

“Borussiya”nın rəsmi saytında Hans-Yoahim Vatskenin adından yayılan rəsmi açıqlamada deyilir: “Avropa Klublar Assosiasiyasının (ECA - red.) idarə heyətinin bazar günü videoformat formasında keçirilən toplantısında qurumun ötən cümə günü qəbul etdiyi qərarın qüvvədə qaldığını təsdiqlədik.

Bu qərar o deməkdir ki, klublar UEFA tərəfindən planlaşdırılan Çempionlar Liqasındakı islahatlara tərəfdardırlar. ECA üzvləri birmənalı şəkildə Avropa Superliqasının yaradılmasının əleyhinə çıxıblar”.

Vayske onu da bildirib ki, Almaniyanı ECA-da təmsil edən “Borussiya” və “Bavariya” qurumun digər üzvlərinin bununla bağlı mövqeyini 100 faiz bölüşür.

Mənbə: qol.az