Samir Abasov iki legioneri “Neftçi”dən uzaqlaşdırır

Samir Abasov iki legioneri “Neftçi”dən uzaqlaşdırır

"Qarabağ”la çempionluq mübarizəsi aparan "Neftçi”dəntezliklə azı iki legioner yola salınacaq.

Sport7.az xəbər verir ki, mövsümün bitməsiylə iki əcnəbifutbolçu "ağ-qaralar”dan ayrılacaq. Samir Abasovun bəyənmədiyi futbolçular braziliyalımərkəz müdafiəçisi Rener Alves de Souza və albaniyalı yarımmüdafiəçi BrunoTeluşidir.

Hər iki legioner əsas heyətdə özünə yer tapabilmir. Bu faktın özü "Neftçi”nin legioner seçiminin və transfer siyasətininhansı vəziyyətdə olduğunun göstəricisidir.

Mənbə: sport7.az