Bəxtim gətirdi - M.Ferstappen

Red Bull komandasının sürücüsü Maks Ferstappen yarışda yerində fırlanmadığı üçün özünü şanslı sayır. SİA-nın xəbərinə görə, F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa üçüncü yerdən başlasa da, startda liderliyi alıb və bu üstünlüyünü sona qədər qoruyaraq, mövsümdə ilk qələbəsini əldə edib.

Gənc sürücü restartdan əvvəl az qala yerində fırlanacaqdı, lakin bəxti gətirdi və trasda qala bildi.

Maks Ferstappen əlavə edib: “Çətin yarış idi. Xüsusən də əvvəlləri…Düzünü desəm, trasda qalmaq çox çətin idi, çünki asfalt sürüşgən idi. Daha sonra təkərlər yeyildi. Quru təkərlərə keçmək də asan deyildi. Yarışın restartında xırda insident oldu. Ondan başqa hər şey yaxşı idi. Xoşbxtəm. Qazı qızdırmaq istəyəndə yerimdə fırlandım, lakin bəxtim gətirdi.

Startda liderliyi almağıma təəccübləndim. Keçən il startlarda çətinlik çəkirdik. Amma bunun üzərində işlədik. Bəhreyndə güclü idik. Burada da çətin hava şəraitində yaxşı iş gördük. Mövsüm uzundur”.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

“SpaceX” şirkəti Aya astronavtlar göndərəcək

SONRAKI XƏBƏR

Bottas aşkar günahkardır - C.Rassell