Supervarlıların daha da varlanmaq istəyi...

İspaniya La Liqası Avropa Superliqasının yaradılması ilə bağlı sərt açıqlama yayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, açıqlamada bildirilib:

“La Liqa qətiyyətlə ölkələrdə və Avropada futbolun inkişafını dəstəkləyən ədalətli rəqabət və idman müvəffəqiyyəti prinsiplərini pozan, Avropa Superliqasının yaradılması haqda yayımlanan bəyanata qarşı çıxır. Bildirilib ki, La Liqa Avropa futbol ənənəsini hər kəs üçün qoruyur: “12 Avropa klubunun təklif etdiyi bir konsepsiya Avropa futbolunun zirvəsinə gedən yolun qapısını bağlayaraq, elitanın yalnız kiçik bir hissəsinin ora daxil olmasına imkan yaradır və xəyalları pozur.

90 illik ləyaqət və nailiyyəti olan açıq turnir tariximizlə fəxr edirik. Dünyadakı milyonlarla azarkeş bu turniri izləyir”.

La Liqa bildirir ki, Avropa Superliqası supervarlıları daha da zənginləşdirmək üçün hazırlanmış eqoist təklifdən başqa bir şey deyil: “Bu, bütün oyunun cəlbediciliyini pozacaq və La Liqanın, üzv klublarının bu günü və gələcəyi üçün dərin dağıdıcı təsir göstərəcək. Həmçinin bu, La Liqanın cari mövsüm İspaniya höküməti və Futbol Federasiyası ilə razılaşaraq yatırdığı 126 milyon avroluq planlar üçün də təhdiddir”.

Qeyd edək ki, İspaniya klublarından “Real”, “Barselona” və “Atletiko” Avropa Superliqasına qatıldıqlarını rəsmi elan ediblər.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“Heç nə düşünmədən şirin qabağına atıldım” - Dəhşətli olayın qəhrəmanı - FOTO

SONRAKI XƏBƏR

“Apple” şirkətinin virtual reallıq şleminin təfərrüatları açıqlanıb