“Onlar ciblərindəki pulları düşünürlər” - UEFA prezidenti

“Onlar ciblərindəki pulları düşünürlər”  - UEFA prezidenti

“Yeni yaradılan Superliqada iştirak edən futbolçular Avropa və dünya çempionatlarına qatıla bilməyəcək. Onlar milli komandalarında çıxış etməyəcklər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksandr Çeferin deyib.

Qitə futbol qurumunun rəhbəri Superliqanı xüsusi maraqlara qulluq edən liqa adlandırıb: “Bu təkcə pul məsələsi deyil. Superliqada yeganə məqsəd xüsusi maraqlara xidmətdir. Əsas prinsipi dəyişməməliyik. Bəzi insanlar üçün həmrəylik mövcud deyil. Onlar cibindəki pulları düşünürlər. Hökümətlərə sağ ol deyirəm ki, bizi dəstəklədilər. Bu ideya futbolun üzünə tüpürməkdir. İcazə verməyəcəyik”.

Mənbə: qafqazinfo.az