Avropa Superliqasının sponsoru bəlli oldu

ABŞ-ın “JPMorgan Chase & Co” maliyyə şirkəti Avropa Superliqasının ilk sponsoru olacaq.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata əsasən, şirkət Superliqa ilə 23 illik əməkdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən, Superliqanın fəaliyyət göstərəcəyi ilk ildə ABŞ bankı turnirə 4 milyard avro sərmayə yatıracaq. Bunun müqabilində isə şirkət turnirdə pay sahibi olacaq.

Qeyd edək ki, “JP Morgan” futbol aləminə yaxın olan maliyyə qurumlarından biridir. Hazırda “Manchester United”in icraiyyə komitəsinin sədri Ed Vudvard keçmiş bank rəhbərlərindən biri olub. Ötən illərdə bank “Roma”, “İnter” və “Real” kimi klubların bir sıra layihələrini maliyyələşdirib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Magistratura səviyyəsi üzrə yeni maliyyələşmə mexanizmi - QƏRAR

SONRAKI XƏBƏR

ÜST COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyədə fövqəladə vəziyyət rejimini üç ay uzadıb