"Mançester Siti"dən De Brüyne açıqlaması

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyne İngiltərə Premyer Liqasının növbəti turunda "Aston Villa" ilə oyunu buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Mançester təmsiçisi belçikalı futbolçunun şənbə günü "Çelsi" ilə matçda sağ ayağından və topuğundan zədə aldığını təsdiqləyib. Lakin zədənin ağırlıq dərəcəsinin hələ müəyyənləşdirilmədiyi qeyd olunub. Klub futbolçunun vəziyyətini izləməyə davam edəcək.

Qeyd edək ki, de Brüyne bu mövsüm Premyer Liqada 24 oyuna çıxıb və 11 qol ötürməsi verib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

ÜST COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyədə fövqəladə vəziyyət rejimini üç ay uzadıb

SONRAKI XƏBƏR

“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi keçiriləcək