Millimiz uduzdu

Millimiz uduzdu

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, “Sumqayıt”ın əvəzedici heyəti ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub. U-18-in heyətində Ağadadaş Salyanski fərqlənib.

Millimiz hazırlıq çərçivəsində növbəti oyununu aprelin 21-də birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”a qarşı keçirəcək.

Mənbə: qol.az