Keyn Mourinyo ilə vidalaşdı

"Tottenhem"in hücumçusu Harri Keyn Joze Mourinyonun London təmsilçisinin baş məşqçisi vəzifəsindən istefasına münasibət bildirib .

Qol.az xəbər verir ki, o, özünün "Tvitter" hesabında portuqaliyalı mütəxəssisə klubda gördüyü işlərə görə təşəkkür edib: "Hər şey üçün təşəkkürlər, boss. Sizinlə işləmək çox xoş idi. Növbəti işinizdə sizə ən yaxşısını diləyirəm".

Qeyd edək ki, Mourinyo 2019-cu ilin noyabrından "Tottenhem"i çalışdırırdı.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada koronavirusun yeni iki variantı formalaşıb

SONRAKI XƏBƏR

Daşkəsənin Çiçirəvəng Alban məbədi - VİDEO