“Bavariya” rəhbəri Superliqanın yaradılması və Çempionlar Liqasındakı dəyişikliklərlə bağlı bəyanat yayıb

“Bavariya” rəhbəri Superliqanın yaradılması və Çempionlar Liqasındakı dəyişikliklərlə bağlı bəyanat yayıb

“Bavariya”nın idarə heyətinin sədri Karl Hayns Rummenige Superliqanın yaradılması və Çempionlar Liqasındakı dəyişikliklərlə bağlı bəyanat yayıb.

Sports.ru xəbər verir ki, o, rəhbərlik etdiyi klubun Superliqanın planlaşdırılmasında iştirak etmədiyini bildirib.

“Biz Superliqanın pandemiya səbəbindən Avropa klublarında yaranan maliyyə problemlərini həll edəcəyini düşünmürük. Avrokubokların formatında edilən dəyişiklikləri isə alqışlayırıq”, - deyə bəyanatda bildirilib.

Mənbə: www.oxu.az