Məhəmməd Salah milli komandanın kapitanı oldu

Məhəmməd Salah milli komandanın kapitanı oldu

İngiltərə "Liverpul"unun misirli futbolçusu Məhəmməd Salah milli komandanın kapitanı seçilib.

"Report"un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Hossam Əl-Bədri "Arab News"a açıqlamasında deyib.

Mütəxəssis təcrübəli oyunçuların da bu qərarı dəstəklədiyini bildirib.

Daha əvvəl millidə kapitan sarğısını ən yaşlı futbolçu daşıyırdı. Komandanın sabitliyə ehtiyacı olduğunu söyləyən Əl-Bədri bu vəzifəni liderlik keyfiyyətləri olan aparıcı oyunçuya həvalə etdiklərini söyləyib.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən Məhəmməd Salahın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakı gözlənilir.

Mənbə: report.az