Syomin Avropa Superliqasına qarşı çıxdı

"Lokomotiv"in sabiq məşqçisi Yuri Syomin Avropa Superliqasının yaradılmasının ideyasını tənqid edib.

Qol.az "Rusfootball"a istinadən xəbər verir ki, o deyib: "Mən "Bavariya" və "Borussiya" ilə eyni prinsiplərin tərəfdarıyam. 20 nəfər toplaşaraq azarkeşlərdən soruşmadan futbolu dəyişdirməyə qərar verdi. Bu fikri bəyənmirəm, bu, komandaların fərdi maraqlarıdır."Milan" və "Çelsi" oraya necə gəldi? Veriləcək bir çox sual var".

Qeyd edək ki, İspaniya, İtaliya və İngiltərədən 12 nəhəng klubun Avropa Superliqası adlı turnir təşkil edəcəyi məlum olub. Həmin klublar "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"dir.

Xatırladaq ki, Syomin 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“Münaqişə bitdikdən sonra mina partlayışları nəticəsində 110-dan çox azərbaycanlı zərər çəkib”

SONRAKI XƏBƏR

Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq