"Traktor"dan ÇL-də növbəti heç-heçə

"Traktor" Asiya Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi B qrupunun 3-cü turunda səfərdə İraqın "Əl-Kuva" klubu ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb.
Təbriz klubu bundan əvvəlki iki matçında da heç-heçə oynamışdı.
Bu nəticədən sonra "Traktor" 3 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şərcə" klubu isə 4 xalla liderdir.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Saakaşvilidən həyəcan siqnalı

SONRAKI XƏBƏR

Rəsul Çunayevi Avropa Çempionatına göndərmədilər