"Stamford Bridge"də aksiya, azarkeş "Çelsi"ni geri addıma səsləyir - VİDEO

Avropa Super Liqasına etiraz əlaməti olaraq "Çelsi" - "Brighton" oyunudan öncə çoxsaylı futbol azarkeşi "Çelsi"nin "Stamford Bridge" stadionu qarşısına toplanıb.

BAKU.WS RUPTLY agentliyinə istinadən xəbər verir ki, azarkeşlər klub rəhbərliyini yeni elit futbol müsabiqəsinə qoşulmamağı çağırır.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştirakını təsdiqləyib. Bu addım FİFA, UEFA, azarkeşlərin, xeyli sayda hökumət və futbol federasiyalarının tənqidinə səbəb olub.

Xatırladaq ki, Azərbaycan Futbol Federasiyası Asossiasiyası (AFFA) da qərara FİFA-ya dəstək açıqlaması yayıb.

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Sağlamlıq imkanları məhdud uşağı övladlığa götürənlərə güzəşt müəyyənləşib

SONRAKI XƏBƏR

İlham Əliyev “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak etdi - YENİLƏNİB