İtaliyanın “Sampdoriya” klubunun prezidenti Massimo Ferrero Avropa Super Liqasının yaradılması haqda danışıb.
Qol.az “Corriere della Sera”ya istinadən xəbər verir ki, həm də kinoprodüser olan klub rəhbəri “Yuventus”un prezidenti – Superliqanın vitse-prezidenti seçilən Andrea Anyellini aktyor adlandırıb:
“Anyelli böyük bir aktyordur. Ondan nə baş verdiyini dəfələrlə soruşduq və həmişə hər şeyi inkar etdi. Bütün bunların rejissoru olan Anyellini təbrik edirəm. O, nümayiş etdirdiyi aktyorluq bacarığına görə tərifə layiqdir. Mən də belə bir inanılmaz aktyorluğa sahib olmaq istərdim.
Superliqa fəlakətdir, çox təhlükəlidir. Futbol sistemini məhv edilə bilər. Ən yaxşı idman növünü bu cür öldürmək olmaz. Superliqa milyonlarla azarkeşin ehtirasını öldürər”.
Mənbə: qol.az