“Təkliflər olur, amma “Qarabağ”da xoşbəxtəm” – Bədavi Hüseynov

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov ona xarici klublardan təkliflər gəldiyini deyib.

Qol.az xəbər verir ki, millimizin futbolçusu “Molodyoj Daqestana” qəzetinə verdiyi müsahibədə bununla bağlı sualı da cavablandırıb:

“Zaman-zaman təkliflər olur. Amma “Qarabağ”da xoşbəxtəm. Bu komanda ilə çox uğura nail olmuşam. Düzü, “Qarabağ”a keçəndə təsəvvür edə bilməzdim ki, böyük turnirlərdə oynayacağıq. Bunda baş məşqçi Qurban Qurbanovun xidmətləri çoxdur. O, öz fəlsəfəsini yarada bilib. Hər il qarşımıza maksimum vəzifə qoyulur. Biz qazandıqlarımızla kifayətlənmirik. Ən əsası daha da böyümək və inkişaf etmək istəyirik”.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Banklar tərəfindən Naxçıvan Sahibkarlığın İnkişafı Fonduna 15 mln. manat kredit verilib

SONRAKI XƏBƏR

Moskvanın Qarabağda YENİ ÖZBAŞINALIĞI: “Rusiya getsin o paradı Gümrüdə keçirsin” - Ədalət Verdiyev