AVRO-2020-nin ev sahibliyi Dublinin əvəzinə Sankt-Peterburqa verilə bilər

AVRO-2020-nin ev sahibliyi Dublinin əvəzinə Sankt-Peterburqa verilə bilər

AVRO-2020-nin final mərhələsinin Dublində keçirilməli olan qarşılaşmaları Sankt-Peterburqa verilə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb İrlandiya paytaxtı azarkeşlərlə bağlı təminat verməməsidir.

Dublin qrup mərhələsinin üç, 1/4 finalın bir matçına ev sahibi olmalıdır. Amma təminat olmadığı üçün UEFA həmin 4 oyunu Rusiyada keçirilməsinin tərəfdarıdır. Bununla bağlı rəsmi qərar yaxın günlərdə verilməlidir.

Qeyd edək ki, Dublində qrup mərhələsinin Polşa, Slovakiya və İsveç yığmaları arasında matçları keçirilməlidir.

Mənbə: apa.az