Levandovski qayıtdı

Levandovski qayıtdı

"Bavariya"nın futbolçusu Robert Levandovski zədəsini tam sağaldıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçu bu gün komanda ilə məşqlərə başlayıb. Polşalı oyunçunun şənbə günü "Maynz"la matçda meydanda olacağı gözlənilir. O, zədə səbibindən Münhen təmsilçisinin son 6 görüşünü buraxıb.

Qeyd edək ki, "Maynz" - "Bavariya" matçı Bakı vaxtı ilə 17:30-da başlayacaq.

Mənbə: qol.az