Pike Superliqanı tənqid etdi

"Barselona"nın futbolçusu Jerar Pike Avropa Superliqası layihəsini tənqid edib.

Qol.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə "Mundo Deportivo"ya müsahibəsində danışıb. O deyib: "Barselona"ın prezidenti (Joan Laporta - red.) özünü elə bir vəziyyətdə tapdı ki, maddi vəziyyəti çox pis olan bir klub ona təhvil verildi. Klub üçün ən yaxşı qərarı da elə o verəcək. Bir oyunçu kimi Avropa Superliqasının dünya futbolu üçün yaxşı layihə olmadığını düşünürəm. Futbol üçün istədiyimiz budur? "Sevilya" , "Valensiya" , "Everton" , "Lester" və "Napoli" kimi klubların yox olmasını istəyirikmi ? Axı, belə bir turnirlə onların dəyəri sıfıra enəcəkdi".

Qeyd edək ki, Avropa Superliqasının yaradıcısı olan 12 klubdan 10-u artıq layihədən ayrılıb. Fikrindən daşınmayan 2 klub isə "Real" və "Barselona"dır.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı futbolçusu Gürcüstanda növbəti oyuna çıxdı

SONRAKI XƏBƏR

“Azərmaş” rəhbəri: “Qiymətlər 17 min manatdan başlayır”