Azərbaycanlı futbolçusu Gürcüstanda növbəti oyuna çıxdı

Azərbaycanlı futbolçusu Gürcüstanda növbəti oyuna çıxdı

Gürcüstan kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Bəybalayevin çıxış etdiyi "Telavi" "Samgurali2" ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

27 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Mənbə: qol.az