Suaresdən sevindirici xəbər

Suaresdən sevindirici xəbər

"Atletiko"nun futbolçusu Luis Suares zədəsini sağaldıb.

Qol.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu özünün "Tvitter" hesabında məlumat yayıb. O, komanda ilə məşqlərə başladığını açıqlayıb.

Uruqvaylı oyunçu aprelin 7-də Madrid təmsilçisinin məşqi zamanı zədələnmişdi.

Qeyd edək ki, Suares bu mövsüm 32 matçda 19 qol vurub və 2 qolun ötürməsini verib.

Mənbə: qol.az