Almaniya klubları karantinə göndəriləcək

Almaniyada koronavirus pandemiyasının geniş yayılması səbəbindən Bundesliqada və 2-ci Bundesliqada çıxış edən klublar sərt karantin rejimi altına alınacaqlar.

Qol.az xəbər verir ki, bu barədə Almaniya Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Sərt karantin mayın 12-də başlayacaq. Futolçular mayın 3-dən yalnız məşq meydançalarında, bazada və evlərində ola biləcəklər.

Oyunçular və klub işçiləri mayın 12-dən 23-dək karantində olacaqlar. Onlar bir-birləri ilə əlaqə yarada biləcəklər. Eyni zamanda bundan sonra heyət düşərgələrə getməzdən əvvəl koronavirus testindən keçəcəklər.

Qeyd edək ki, Almaniyada son 1 gündə koronavirusa 29.518 yoluxma qeydə alınıb və 259 nəfər ölüb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

H2O-nun nə olduğunu bilməyən Mənzurə Musayeva - VİDEO

SONRAKI XƏBƏR

Nazir: “Hər il 50 mindən çox təhsilalanın peşə təhsilinə yiyələnmək imkanı yoxdur”