Samir Abasova barmaq silkələdilər - Bir də bizi söymə!

"Neftçi"nin bir qrup futbolçusu klub rəsmilərinə müraciət edib.

Onlar Samir Abasovun davranışından narazı olanlardır.

Şikayətçilər baş məşqçinin istər məşq, istərsə də oyun vaxtı təhqiramiz ifadələrdən istifadə eləməsinə qarşı çıxıb.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, komanda üzvlərini hiddətləndirən çalışdırıcının "Qəbələ" ilə səfər matçında (2:2) Anton Krivotsyuka "tupoy" deməsidir.

Demə, Abasov gündəlik hazırlıq prosesi zamanı da bu kimi qeyri-etik ifadələri tez-tez dilinə gətirir. Özü də ən çox yerli futbolçuların ünvanına.

Onlar indi klub rəhbərliyindən baş məşqçiyə bu xəbərdarlıq etmələrini istəyir. Hətta adekvat addım atacaqlarını da bildiriblər: "Abasov bir də dilinə söyüş gətirsə, biz ona sərt cavab verəcəyik".

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İsmayıllı İcra Hakimiyyətində yeni kadr təyinatları olub

SONRAKI XƏBƏR

Xiaomi yeni reklam agentliyini seçib