İddia: İngilislər Britaniya Super Liqası qurur

İddia: İngilislər Britaniya Super Liqası qurur

Uğursuz nəticələnən Avropa Super Liqasından sonra ingilislər yeni liqa qurmağı düşünür.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının formatında dəyişiklik edib, Britaniya Super Liqası adlı yeni liqa yaradılacaq.

Liqanın detalları açıqlanmasa da, mövsümün sonu rəqabəti artırmaq üçün birinci və dördüncünün, ikinci və üçüncü yerdə qərarlaşan klublar üz-üzə gələcəyi bildirilir.

Bundan əlavə, yeni liqaya Şotlandiyadan "Reyncers" və "Seltik" komandalarının da qoşulacağı qeyd olunur.

Xatırladaq ki, UEFA-nın və azarkeşlərin təhdidlərindən sonra Avropa Super Liqasındakı 12 klubdan 10-u tərk etdiyini açıqlamış, təşkilat isə turnirin fəaliyyətini dondurduğunu bildirmişdi.

Mənbə: news.milli.az