Cüdoçularımızın qatılacağı turnir azarkeşlərlə keçiriləcək

Rusiyanın Kazan şəhərindəki cüdo üzrə Böyük Dəbilqə turniri azarkeşlərin iştirakı ilə keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Avropa Cüdo İttifaqının (EJU) prezidenti Sergey Soloveyçik TASS-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün təhlükəsizlik tədbirləri görülməklə, zala ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı buraxılacaq.

Qeyd edək ki, 5 - 7 mayda təşkil olunacaq Böyük Dəbilqədə Azərbaycan cüdoçuları da qüvvəsini sınayacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-Rusiya qarşıdurması: “Bayden öldürücü sanksiyaları tezləşdirməlidir"

SONRAKI XƏBƏR

Fransalı hüquqşünas: “Məqsədimiz Ermənistanın Gəncəni atəşə tutması ilə bağlı hüquqi proseslərə başlamaqdır”