"Avropa Superliqası hələlik baş tutmayacaq" - Anyelli

Avropa Superlqasının vitse-prezidenti Andrea Anyelli açıqlama verib.

Sport7.az xəbər verir ki, BBC-yə danışan Anyelli, turnirin baş tutacağını düşünmədiyini deyib: "Hələ də bu layihənin gözəlliyinə və futbol sisteminə fayda gətirəcəyinə əminəm. Bu turnir dünyanın ən yaxşısı ola bilərdi. Ancaq indi görünən odur ki, Avropa Superliqası hələlik baş tutmayacaq”.

"Yuventus"un prezidenti olan Anyelli Avropa Superliqasının vitse-prezidenti idi. Anyellinin Turin klubundakı vəzifəsindən istefa verdiyi iddia olunur.

 

Sport7.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə 2 milyard dollarlıq kriptovalyuta dələduzluğunun üstü açılıb

SONRAKI XƏBƏR

"Beşiktaş"da itki, mövsüm onun üçün bitə bilər