Aquero "Barselona"ya şərt qoydu

Mövsümün sonunda "Mançester Siti"dən ayrılcağını açıqlayan Serxio Aquero "Barselona" ilə razılığa gəlib.
Qol.az AS nəşrinə istinadən xəbər verir ki, tərəflər iki illik müqavilə ilə bağlı razılaşıblar. Ancaq Aqueronun bir şərti olduğu bildirilir. Argentinalı hücumçu həmyerlisi Lionel Messinin komandada qalacağı halda Kataloniya klubu ilə müqavilə bağlayacağını qarşı tərəfə spyləyib.
Argentina millisində komanda yoldaşı olan futbolçuların uzun müddətli dostluq münasibətləri var. Serxionun Messinin "Barselona"dan ayrılacağı halda bu kluba keçmək istəyi yoxdur.
Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi mövsümün sonuna qədərdir və hələlik tərəflər yeni müqavilə bağlamayıblar.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib

SONRAKI XƏBƏR

"Maraşlı" yeni serialda