"Atletiko" yenidən lider oldu

İspaniya La Liqasında 31-ci turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, bu gün "Atletiko" öz meydanında autsayder "Hueska" ilə qarşılaşıb. Oyun Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Atletiko" - "Hueska" - 2:0
Qollar: Korrea, 39, Karrasko, 80
Bu qələbə ilə xallarını 73-ə çatdıran Dieqo Simeonenin komandası yenidən liderliyə yüksəlib. "Real" 70 xalla 2-ci, "Sevilya" 67 xalla 3-cü, "Barselona" 65 xalla 4-cüdür.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"İnsanlar hər il peyvənd etdirməli olacaqlar"

SONRAKI XƏBƏR

Qazaxıstan əhalisinə latın qrafikalı əlifba təqdim edildi