Mourinyo qovulduqdan sonra 4 saat oyunçuları tənqid edib

Mourinyo qovulduqdan sonra 4 saat oyunçuları tənqid edib

"Tottenhem"in keçmiş baş məşqçisi Joze Mourinyo qovulduqdan sonra komandanın bəzi oyunçularını bir neçə saat tənqid edib.

Qol.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı mütəxəssis bazar ertəsi səhər məşqə çıxmaq üçün bazaya gedib. Ancaq klub rəhbərliyi onun istefasını elan edib. 58 yaşlı çalışdırıcı əşyalarını toplamaq üçün bazada qalıb və daha sonra dörd saatdan çox oyunçularla danışıb. Mourinyo komandanın bütün üzvləri qarşısında London klubunun bəzi oyunçularını tənqid edib.

Məşqçinin futbolçularla münasibətinin Avropa Liqasından Zaqreb "Dinamo"su səddini keçə bilməyərək (2: 0, 0: 3) turnirlə vidalaşmasından sonra pisləşdiyi qeyd olunur. Futbolçular davamlı olaraq gərginlik hiss ediblər və məşqdə gülümsəməkdən qorxublar.

Qeyd edək ki, "Tottenhem" aprelin 19-u Mourinyonu istefaya göndərib.

Mənbə: qol.az