Neymar komandasının “Mançester Siti” səddini keçmək şansını qiymətləndirdi - FOTO

Neymar komandasının “Mançester Siti” səddini keçmək şansını qiymətləndirdi - FOTO

 

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Mançester Siti”yə qarşı mübarizədən məğlub ayrılan PSJ-nin hücumçusu Neymar sosial şəbəkədə diqqət çəkən paylaşım edib.

Braziliyalı hücumçu öz “Instagram” səhifəsində məğlubiyyəti şərh edərkən yazıb:

“Döyüşdə məğlub olduq, amma müharibə hələ bitməyib. Komandama inanıram. İnanıram ki, son matçda daha yaxşı çıxış edə bilərik. İrəli, Paris! Bir faiz şans, 99 faiz inam”.

Xatırladaq ki, ötən gecə Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda İngiltərənin “Mançester Siti” klubu səfərdə Fransanın PSJ klubunu 1:2 hesabı ilə məğlubiyyətə uğradıb. Komandalar arasındakı cavab oyunu mayın 4-də olacaq.

Mənbə: www.oxu.az