Van Persinin yeni işi

Van Persinin yeni işi

Məşhur sabiq futbolçu Robin van Persinin yeni işi məlum olub.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda "Feyenoord"da hücumçuların məşqçisi kimi işləyən 37 yaşlı mütəxəssis yeni mövsümdən bu klubun U-16 komandasında köməkçi məşqçi olaraq çalışacaq. Van Persinin 14 yaşlı oğlu Şaquel də həmin komandada çıxış edir.

Qeyd edək ki, Van Persi futbolçu karyerası ərzində "Arsenal", "Mançester Yunayted", "Fənərbaxça", "Feyenoord" kimi komandalarda oynayıb. O, 2019-cu ildə karyerasını bitirib.

Mənbə: qol.az