Lukaku dünyanın ən yaxşı hücumçusu onu hesab edir

Lukaku dünyanın ən yaxşı hücumçusu onu hesab edir

"İnter"in futbolçusu Romelu Lukaku dünyanın ən yaxşı hücumçusu hesab etdiyi oyunçunun adını açıqlayıb.

Qol.az xəbər verir ki, belçikalı forvard RTBF-yə açıqlamasında Kərim Benzemanı ("Real") fərqləndirib: "Dünyanın ən yaxşı hücumçusuna gəlincə, bu, şübhəsiz ki, Kərim Benzemadır".

Qeyd edək ki, Benzema bu mövsüm İspaniya çempionatında 30 oyunda iştirak edib, 21 qol vurub və 8 qolun ötürməsini verib.

Mənbə: qol.az