Messi evində qonaqlıq verdiyi üçün problemlə üzləşdi

Messi evində qonaqlıq verdiyi üçün problemlə üzləşdi

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi problemlə üzləşib.

"Report"un "Marca"ya istinadən məlumatına görə, argentinalı hücumçu karantin qaydalarını pozaraq, evində komanda yoldaşlarına qonaqlıq verib. Bununla əlaqədar La Liqa rəhbərliyi araşdırmalara başlayıb.

Məsələni və Kataloniya bölgəsinin rəsmiləri də yaxından izləyirlər. Bu regionda mayın 9-dək evdə 6 nəfərdən çox insanın toplanması qadağan edilib.

Mənbə: report.az