"İnter" Martineslə müqaviləni yeniləyir

"İnter" Martineslə müqaviləni yeniləyir

Lautaro Martines yenidən "İnter"lə danışıqlara başlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Xəbərə görə, komanda hücumçusu Martines ilə müqaviləni uzatmağı planlaşdırır. Əslində onunla qışda sözləşmə yenilənsə də, Martines menecerini dəyişdirdiyi üçün sənədlər yenidən hazırlanmalı və yeni müqavilə bağlanmalıdır.

Qeyd edək ki, qışda imzalanan sözləşməyə görə 24 yaşlı futbolçu ilinə 4,5 milyon avro qazanacaq.

Mənbə: www.fanat.az