Tanınmış futbolçu Hindistan klubu ilə müqavilə bağladı

İspaniya millisinin sabiq futbolçusu David Vilya Hindistanın "Odişa" komandası ilə müqavilə bağlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran hücumçu Qlobal Futbol Əməliyyatları şöbəsinə rəhbərlik edəcək.

"Odişa" Hindistan Superliqasında çıxış edir.

Qeyd edək ki, David Vilya futbol karyerası ərzində ölkəsində "Valensiya", "Barselona", "Atletiko" (Madrid), həmçinin ABŞ-da "Nyu-York Siti", Avstraliyada "Melburn" və Yaponiyada "Vissel Kobe" klublarının formasını geyinib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Niyə bəziləri koronavirusu ağır, bəziləri yüngül keçirir?

SONRAKI XƏBƏR

“Windows 10” sistemi “Apple AirPods” qulaqcığı ilə işləyəcək