Olimpiya tarixində ilk dəfə yarışmaya transgender qadın qatılacaq

Yeni Zelandiyadan olan 43 yaşlı ağır atlet Lorel Habbard Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Bu barədə “Inside the games” xəbər yayıb.

Habbard Oyunlar tarixində ilk transseksual şəxs olacaq. Belə ki, Lorel 35 yaşında cinsiyyətini dəyişdirməyə qərar verib. Əməliyyatdan əvvəl o, Qevin adlı kişi olub.

Qeyd edək ki, 2015-ci ildə Beynəlxalq Olimpiya Komitəsi əməliyyat olmadan qadın halına gələn kişilərə qadın kateqoriyasında yarışmağa icazə verib.

2020 Yay Oyunları 23 iyul - 8 avqust tarixlərində Tokioda keçiriləcək.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm”

SONRAKI XƏBƏR

Maldivdə partlayış: keçmiş prezident yaralandı